Tam “Məmnuniyyət və ya Pulsuz” xidmət; bu xidmətin şərtləri və qaydalarına tabedir.
“Ümumi məmnuniyyət” təklifindən tam faydalanmaq üçün müştəri çatdırılma vaxtından 60 dəqiqə ərzində müvafiq yerə məlumat verməlidir. Gec müraciətlərə baxılmayacaq.
Müştəri “Total Məmnuniyət” xidmətindən evə çatdırılma və ya özünlə apar xidməti zamanı faydalana bilər.
Xidmət sifariş verilən tarixdən fakturada yazılan tarixə qədər etibarlıdır.
Qaytarılan məhsullara görə aşpazlardan və çatdırılma əməkdaşından heç bir maddi cərimə tətbiq edilmir.
Xidmət təmin edən qurum əvvəlcədən xəbərdarlıq etmədən Total Məmnuniyət xidməti qaydalarına xitam vermək hüququna sahibdir.
Çatdırılma və kampaniya qaydaları
30 dəqiqəyə Çatdırılma zəmanətini öz üzərinə götürən yeganə şirkətlərdəndir.
30 dəqiqəyə Çatdırılma və ya Hədiyyə Pizza kampaniyası restoranların çatdırılma əraziləri üçün keçərlidir. Kuryerlərin təhlükəsizliyi və pizza keyfiyyəti üçün çatdırılma əraziləri limitlidir.
5 pizza və daha çox pizza sayı olan sifarişlərdə bu kampaniya keçərli deyil.
30 dəqiqə zəmanəti xəstəxana, məktəb, biznes mərkəzləri və yaşayış kompleksi kimi yerlərdə məhsul təhlükəsizlik xidməti və yaxud qeydiyyat şöbəsinə (resepsiyona) təhvil verilən zaman bitir.
Ünvan bildirişində, yazı xətalarında (küçə / məhəllə adı və yaxud bina adı xətalı yazılarsa) 30 dəqiqədə çatdırılma zəmanəti verilmir.
Premium Pizza 30 dəqiqəyə Çatdırılma və ya Hədiyyə Pizza kampaniyasına aid deyil.
30 dəqiqəyə Çatdırılma və ya Hədiyyə Pizza kampaniyası Mega Week (3 al 1 Ödə) zamanı, pis hava şəraitində, gecə çatdırılması zamanı (02:00 - 05:00 arası) keçərli deyil. Müştəri sifariş zamanı bu haqda məlumatlandırılır.
Qaytarılan pizzalara görə aşpazlardan və çatdırılma əməkdaşından heç bir maddi cərimə tətbiq edilmir.
Xidmət təmin edən qurum əvvəlcədən xəbərdarlıq etmədən 30 dəqiqəyə çatdırılma və ya Hədiyyə Pizza kampaniyasının qaydalarına xitam vermək hüququna sahibdir.
Yuxarıda qeyd edilən 3, 5, 6, 7 şərtlər mövcud olmazsa və 30 dəqiqə gecikmə baş verərsə, o zaman bir ədəd favorit qrupdan ibarət olan orta boy pizza kuponu hədiyyə edilir.
Sifariş qaydaları
Bizim çatdırılma kampaniyaları 30 dəqiqəlik çatdırılma ərazisi üçün keçərlidir.
Təhlükəsizliyi əsas tutaraq mümkün qaydada tez çatdırılma üçün çalışırıq.
Bizim qiymətlərimiz vergilər daxil Azərbaycan manatı ilədir.
Kredit kart qəbul edirik.
Kampaniyadan yararlanmaq üçün müştəri sifariş verdikdə bu barədə satıcıya məlumat verməlidir.
Qiymət və kampaniyaları dəyişmək hüququna sahibik.
Bizim çatdırılma saatlarımız: 10:00-02:00. Siz saat 05:00-a qədər çatdırılma edən şöbələrimiz haqqında məlumatı sizə ən yaxın olan restoranımızdan və ya *4004 çağrı mərkəzimizə zəng edərək ala bilərsiniz.
Çatdırılma üçün minimal sifariş məbləği 9.90 AZN-dir.
Kampaniyalar birləşdirilmir və xüsusi menyulara aid deyil.
Kampaniyalar sona çatma tarixinə qədər etibarlıdır.
Qiymətlərimiz pərakəndə satış qiymətlərinə uyğundur.
İlk sifariş hədiyyənizi əldə etmək üçün minimal sifariş məbləği 9.90 AZN-dir.
Kampaniyalar və promokod ilə olan endirimlər premium kateqoriyası üçün keçərli deyil.